AnalitikaGündəmSiyasət

Somali ilə qurulan yeni əlaqələr Azərbaycanın diplomatik irsini daha da gücləndirəcək

“Prezidenti İlham Əliyevin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə keçirdiyi görüş və bu çərçivədə imzalanan sazişlər iki ölkə arasında yeni bir əməkdaşlıq mərhələsinin əsasını qoydu. Tarixi əhəmiyyət daşıyan bu görüşdə Azərbaycan və Somali münasibətlərinin inkişaf perspektivləri geniş müzakirə edildi, qarşılıqlı maraqlar əsasında yeni əməkdaşlıq mexanizmləri müəyyən olundu. Bu strateji görüş yalnız Azərbaycan və Somali arasındakı ikitərəfli münasibətləri gücləndirməklə kifayətlənmir, eyni zamanda qlobal geosiyasi proseslər fonunda iki ölkənin qarşılıqlı dəstəyinin və birgə inkişaf yolunun təməlini qoyur”.

Bunu “Carixeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirub ki, Azərbaycan və Somali arasında mövcud olan münasibətlər qarşılıqlı etimada, siyasi sabitliyə və dövlətlərin suverenliyinə hörmət prinsiplərinə əsaslanır. Bu gün dünya düzənində baş verən çağırışlar fonunda dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunması məsələsi daha da önəm kəsb edir. Azərbaycan uzun illər davam edən işğal dövrünü başa vuraraq beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını azad etməyə nail oldu və bu proses zamanı güclü dövlət mexanizmi, strateji baxış və qətiyyət nümayiş etdirdi. Bu təcrübə Somali üçün də önəmli bir nümunədir. Prezident İlham Əliyev vurğulayıb ki, hər bir ölkə üçün siyasi sabitlik inkişafın təməl şərtidir və bu istiqamətdə Azərbaycan öz təcrübəsini Somalinin diqqətinə çatdırmağa hazırdır.

Onun sözlərinə görə, Azərbaycan və Somali arasında imzalanan sazişlər, aparılan danışıqlar və müəyyənləşdirilən əməkdaşlıq sahələri iki ölkənin strateji tərəfdaşlığa doğru irəlilədiyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu əməkdaşlıq təkcə Azərbaycan və Somali üçün deyil, həm də regional və qlobal sabitliyə töhfə verəcək. Bu gün Azərbaycan beynəlxalq arenada güclü mövqeyə malik olan, inkişaf edən və müstəqil siyasət yürüdən bir dövlətdir. Somali ilə qurulan yeni əlaqələr isə Azərbaycanın diplomatik irsini daha da gücləndirəcək, iqtisadi və siyasi cəhətdən ölkəmizin beynəlxalq nüfuzunu artıracaq. Strateji tərəfdaşlıq modelinə əsaslanan bu əməkdaşlıq gələcəkdə hər iki ölkənin milli maraqlarına xidmət edəcək və daha da dərinləşəcək.

Oxşar Xəbərlər

Back to top button