GündəmSosial

Şəhid mayor Xəyal Məmmədovun qızının doğum günü münasibətilə ailəsi ziyarət edilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidi, mayor Xəyal Ağabəy oğlu Məmmədovun qızı Selin Məmmədlinin doğum günü münasibətilə ailəni ziyarət ediblər. Görüş zamanı Selin Məmmədlinin doğum günü münasibətilə səmimi təbriklər çatdırılıb, ona möhkəm can sağlığı, xoşbəxt və uğurlu gələcək arzulanıb.

Ziyarət zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin daim əziz tutulduğu qeyd edilib. Bildirilib ki, şəhidlərimizin ailələri hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzindədir və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, bu cür ziyarətlərin onlara mənəvi dəstək verdiyini qeyd ediblər.

Oxşar Xəbərlər

Back to top button