
Bu gün şəhid Cəfərov Zakir Nazim oğlunun doğum günündə əziz xatirəsi yad olunub.
Aktualinfo Media Qrup xəbər verir ki, bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, eləcə də ictimaiyyət nümayəndələri şəhidin Keşlə qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.








