GündəmSiyasət

Rusiya Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoqu alqışlayır

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva bu gün Əbu-Dabidə Azərbaycan ilə Ermənistan arasında keçirilən danışıqları alqışlayır.

Carixeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kremlin nümayəndəsinin sözlərinə görə, Rusiya müxtəlif səviyyələrdə iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasını alqışlayacağını dəfələrlə bəyan edib.

D.Peskov vurğulayıb ki, belə bir sazişin bağlanması regiona gözlənilən sabitlik və sülh gətirəcək mühüm amil olacaq. O qeyd edib: “Biz bu prosesi bütünlüklə dəstəkləyirik”.

Oxşar Xəbərlər

Back to top button