AnalitikaGündəmSiyasət

Qarabağda Sülhün və Tərəqqinin Nidası

2025-ci il iyulun 4-də Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşü, Azərbaycanın beynəlxalq diplomatiya arenasında qazandığı mövqeyi daha da gücləndirdi. Prezident İlham Əliyev bu görüşün məhz Qarabağda təşkil olunmasının xüsusi simvolik mənasını vurğuladı. İşğaldan azad olunmuş bu ərazilərin indi beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq mərkəzinə çevrilməsi regionda yeni reallıqların göstəricisidir.

Xankəndi bu gün beynəlxalq diplomatik toplantılara ev sahibliyi edən müasir bir şəhərdir. Prezident İlham Əliyev öz çıxışında, son illərdə Qarabağda keçirilmiş digər mühüm tədbirləri də yada saldı. 2023-cü ildə Şuşada ECO Nazirlər Şurası, 2024-cü ildə isə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü bu ərazilərdə keçirilmişdi. Bundan əlavə, 2025-ci ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli zirvə görüşü baş tutmuşdu.

Bu tədbirlərin hər biri Azərbaycanın torpaqlar üzərində tam suverenliyini möhkəmləndirməklə yanaşı, Qarabağın dünya diplomatik xəritəsində yerini bərpa etdiyini göstərir. Artıq bu ərazilər təkcə tarixi-mədəni yox, həm də siyasi və iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edir. Xankəndidə yeni tikilmiş Konqres Mərkəzi isə bu dönüş nöqtəsinin rəmzi olaraq seçilib.

Zirvə görüşü yalnız regional əməkdaşlığın müzakirə olunduğu bir platforma deyil, eyni zamanda Azərbaycanın irəliyə doğru atdığı addımların, quruculuq və dirçəliş prosesinin canlı sübutudur. Bugünkü reallıq göstərir ki, Qarabağ artıq münaqişə deyil, inkişaf və tərəqqi bölgəsidir.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Kamran Mustafayev

Oxşar Xəbərlər

Back to top button