AnalitikaGündəmSiyasət

Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir

Çinin  CGTN (China Global Television Network) telekanalına müsahibəsində Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin əhəmiyyətindən danışıb. Ölkə başçısı bildirib ki, Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Ölkəmizin hədəfi özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Prezident İlham Əliyev qeyd edib ki, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir.

Müsahibəsində “Bir kəmər, bir yol” layihəsinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu layihənin bütün ölkələr üçün əlavə imkanlar yaradacağını bildirib. Bağlantı, biznes imkanı, sabitlik və təhlükəsizlik ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası isə nəticələnən 2020-ci ildəki 44 günlük müharibədən və 2023-cü ilin lokal antiterror tədbirlərindən sonra irimiqyaslı regional və beynəlxalq layihələrin reallaşdırılması baxımından Azərbaycan üçün imkanlar yarandı. Belə ki, azad edilmiş torpaqlarda artıq dəmir yolu və avtomobil rabitəsinin bərpa edilməsi üçün işlər aparılır. Zəngəzur dəhlizinə gəlincə, onun işlək vəziyyətə gətirilməsi  Azərbaycan və Türkiyə arasında birbaşa quru əlaqəsini təmin edəcək. Bu isə Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsini artıracaq. Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, ölkə ərazisindən yükdaşımalar 2022-ci illə müqayisədə 27% artmalıdır. Hazırda azad edilmiş torpaqlarda yol infrastrukturunun tikintisinə xüsusi diqqət ayrılır. 126,6 km-lik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd” avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi, demək olar ki, başa çatıb. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolunun tikintisi davam etməkdədir. Rusiya ərazisindən keçən Şimal dəhlizi ətrafında qeyri-müəyyənlik yaranıb. Bu isə Çin və Aİ ölkələri arasında fasiləsiz ticarət dövriyyəsini təmin edəcək alternativ yollar axtarışını zəruri edir. Bura infrastrukturun modernləşdirilməsi, dəmir yolları və avtomobil yollarının tikintisi və yenilənməsi də daxildir. Böyük həcmdə yükləri qəbul etməyə imkan verən və malların sürətli daşınmasını təmin edən Bakı limanı tikilib. Azərbaycan üçün tam mənada nəqliyyat habına çevrilmək təkcə iqtisadi cəhətdən  faydalı addım yox, həm də strateji hədəf olub. Çinin  CGTN (China Global Television Network) telekanalına müsahibəsində Prezident İlham Əliyev ölkəmizin yaşıl enerjiyə baxışından da geniş bəhs edib. Ölkə başçısı vurğulayıb ki,  qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Azərbaycanın 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button