
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə son müsahibəsi strateji tərəfdaşlığın davamlı inkişafının bariz göstəricisidir. Dövlət başçısı bu münasibətlərin səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində formalaşaraq sarsılmaz qüvvəyə çevrildiyini qeyd etmişdır.
Müsahibədə siyasi dialoqun intensivliyinə xüsusi yer ayrılıb. Son beş ildə həyata keçirilən 15 müntəzəm qarşılıqlı səfər və ‘Müttəfiqlik münasibətləri haqqında Müqavilə’nin imzalanması ölkələrimiz arasında siyasi əlaqələrin ən yüksək mərhələdə olduğunu sübut edir.
Müsahibədə iqtisadi inteqrasiyanın dərinləşməsi xüsusi rəqəmlərlə əsaslandırılıb. Hər iki ölkədə irimiqyaslı layihələrin, məsələn, ‘PASHA Holding’in Daşkənddəki fəaliyyətinin və Azərbaycanda 130-dan çox özbək şirkətinin fəaliyyət göstərməsi ortaq maraqların göstəricisidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi bizi təbii tranzit tərəfdaşlarına çevirir. Yaşıl enerji və neft-kimya sənayesindəki ortaq təşəbbüslər (məsələn, ‘Turan Energy AFEZCO’) inkişafın mühüm tərkib hissəsidir. Nəticə olaraq, Prezident İlham Əliyevin müsahibəsindən çıxan əsas qənaət ondan ibarətdir ki, ortaq dəyərlərə sahib olan Azərbaycan və Özbəkistan sarsılmaz birlik nümayiş etdirir.
Türk dünyasının inteqrasiyasına xidmət edən bu əlaqələr regionumuzun çiçəklənən gələcəyinin ən etibarlı təminatçısıdır
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı



