AnalitikaGündəmSosial

Milli-Mənəvi Dəyərlərin Daşıyıcısı Kimi Ana Dilimiz

Azərbaycan dili sadəcə bir ünsiyyət vasitəsi deyil, eyni zamanda bizim ən böyük milli-mənəvi dəyərimizdir. Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, milli-mənəvi dəyərlərimiz sırasına ilk növbədə ana dilimiz, dinimiz, adət-ənənələrimiz və mentalitetimiz daxildir. Bizim bütün təbliğatımız və elmi işlərimiz insanlarda bu dəyərlərə iftixar hissi doğurmağa xidmət etməlidir.

Prezident İlham Əliyev də vurğulayır ki, Azərbaycan mədəniyyəti və dili milli və bəşəri dəyərləri özündə ehtiva edir. Müstəqil dövlətin olmadığı dövrlərdə məhz bu dil xalqımızı assimilyasiya olunmaqdan qorumuş və bizi bütöv bir xalq kimi yaşatmışdır.

Buna görə də, televiziya, radio və qəzetlərdə kənar kəlmələrdən istifadənin qarşısı alınmalı, Azərbaycan dilinin saflığı təmin edilməlidir. Gənclərimiz müasir dünyada neçə dil bilsələr də, ən mükəmməl səviyyədə öz ana dillərinə bələd olmalıdırlar.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button