GündəmSiyasət

“Mətbuat milli ideologiyada əvəzsiz rol oynayıb”

Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev Azərbaycan mətbuatının yaranmasının 150 illiyi münasibətilə bütün media nümayəndələrini təbrik edib.

Carixeber.az “Qafqazinfo” xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkə hesabında yazıb:

“150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşüb. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, bu qəzet milli oyanışın, maarifçiliyin və cəmiyyətin tərəqqisinin əsas təkanverici qüvvələrindən birinə çevrilib.

Zaman keçdikcə Azərbaycan mətbuatı da inkişaf edib, ictimai şüurun formalaşmasında, milli ideologiyanın möhkəmlənməsində əvəzsiz rol oynayıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mediamız yeni inkişaf mərhələsinə qədəm qoyub, jurnalistlərin fəaliyyəti üçün hüquqi və institusional baza formalaşdırılıb. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev də mətbuata yüksək dəyər verir, medianın inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illiyi ölkə üzrə geniş şəkildə qeyd olunur”.

E.Allahverdiyev əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib: “Prezident İlham Əliyev Xankəndidə III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə görüşü zamanı mühüm fikirlər səsləndirib: “Bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib… Bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır”.

Bu əlamətdar gün münasibətilə bütün jurnalistləri ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı və peşəkar fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram!”

Oxşar Xəbərlər

Back to top button