
Kənd təsərrüfatının inkişafında subsidiyalar mühüm rol oynayır. Dövlət tərəfindən fermerlərə göstərilən maliyyə dəstəyi istehsalın genişlənməsinə və məhsuldarlığın artmasına şərait yaradır. Bu siyasət kənd əhalisinin rifahının yüksəlməsinə də xidmət edir.
Subsidiyalar fermerlərin istehsal xərclərinin azalmasına kömək edir. Gübrə, yanacaq və digər kənd təsərrüfatı vasitələrinin əldə olunması daha əlçatan olur. Nəticədə fermerlərin gəlirləri artır.
Dövlət dəstəyi kənd təsərrüfatında yeni texnologiyaların tətbiqini sürətləndirir. Müasir texnika və innovativ üsulların istifadəsi məhsulun keyfiyyətini yüksəldir. Bu isə daxili bazarın və ixrac potensialının güclənməsinə səbəb olur.
Subsidiyalar kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına təkan verir. Pambıqçılıq, üzümçülük, fındıqçılıq və digər istiqamətlərdə əldə olunan uğurlar bunun bariz nümunəsidir. Dövlət dəstəyi bu sahələrin dirçəlməsinə imkan yaradıb.
Fermerlər üçün yaradılan güzəştli şərait onların fəaliyyətə marağını artırır. Kənd təsərrüfatı daha gəlirli və cəlbedici sahəyə çevrilir. Bu da məşğulluğun artmasına müsbət təsir göstərir.
Subsidiyalar aqrar sektorun dayanıqlı inkişafına xidmət edir. Gələcəkdə bu mexanizmlərin daha da təkmilləşdirilməsi kənd təsərrüfatının inkişafını sürətləndirəcəkdir.
Sədaqət Hacıyeva,
YAP Nizami rayon təşkilatının mühasibi



