GündəmAnalitikaSiyasət

Kəlbəcərin azad olunması xalq-ordu-iqtidar birliyinin qələbəsi kimi tarixə yazıldı

Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın tarixi, siyasi və hərbi qələbəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyev çıxışında 1993-cü ilin aprelində Kəlbəcərin işğalını Azərbaycanın ən böyük faciələrindən biri kimi xatırlatdı və o dövrün siyasi xəyanətlərini diqqətə çatdırdı. İşğal Kəlbəcərin strateji mövqeyinə və təbii sərvətlərinə görə Ermənistanın işğal planlarını genişləndirmişdi.

44 günlük Vətən müharibəsi isə xalqımızın əzmini və ordumuzun qüdrətini nümayiş etdirərək Ermənistanı kapitulyasiyaya məcbur etdi. Kəlbəcərin bir güllə belə atılmadan azad olunması düzgün siyasi-hərbi planlaşdırmanın nəticəsi idi və bu, Azərbaycan dövlətçiliyinin gücünü göstərdi. Qələbə xalq-ordu-iqtidar birliyinin parlaq təcəssümü oldu.

Prezident İlham Əliyev həmçinin 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror əməliyyatlarına toxundu. Bu əməliyyat nəticəsində qondarma qurumun bütün hərbi-siyasi strukturları tamamilə ləğv edildi və Azərbaycanın suverenliyi bərpa olundu. Bu hadisə göstərdi ki, dövlətimiz öz torpaqlarında heç bir qeyri-qanuni silahlı birləşməyə imkan verməyəcək.

Kəlbəcərin azad olunması həm də milli həmrəylik və sarsılmaz iradənin göstəricisidir. Bu qələbə göstərdi ki, güclü liderlik, ordunun qüdrəti və xalqın birliyi birləşdikdə Azərbaycan qarşısında heç bir maneə dayana bilməz. Qalibiyyət həm hərbi, həm də diplomatik səviyyədə Azərbaycanın mövqeyini daha da gücləndirdi.

Yeni Azərbaycan Partiyasının fəalı
Faiq Xələfov

Oxşar Xəbərlər

Back to top button