GündəmSiyasət

Gürcüstanın telekanalı Azərbaycan Prezidentinin Qırmızı Bazar qəsəbəsində sakinlərlə görüşündən material yayıb

Gürcüstanın 1Tv.ge televiziya kanalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündən material yayıb.

Carixeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Azərbaycan və gürcü dillərində yayımalanan materialda dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, quruculuq işləri və Vətən müharibəsindəki parlaq qələbə ilə bağlı fikirləri, eləcə də Ermənistan rəhbərliyinin yanlış siyasəti barədə fikirləri yer alıb.

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin çıxışndan sitatlarla verilən xəbərdə deyilir: “Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə – sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. “Böyük Qayıdış” Proqramı da uğurla icra edilir”.

Oxşar Xəbərlər

Back to top button