
Hər bir mədən layihəsinin başlanğıc nöqtəsi geoloji kəşfiyyatdır. Yatağın ehtiyatlarının, tərkibinin və yerləşmə xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməsi olmadan hasilat və emal müəssisələrinin səmərəli şəkildə planlaşdırılması mümkün deyil. Buna görə Azərbaycanın yeni Dövlət Proqramında geoloji kəşfiyyata xüsusi əhəmiyyət verilməsi gələcək sənaye layihələri baxımından mühüm addımdır.
Mövcud yataqlar haqqında əvvəlki illərdə toplanmış məlumatların müasir texnologiyalarla yenidən təhlil edilməsi əlavə informasiya əldə etməyə imkan verə bilər. Geoloji məlumatların dəqiqləşdirilməsi ehtiyatların həcmi ilə bağlı daha əsaslandırılmış təsəvvür yaradır. Bu isə investisiya planlarının və texniki layihələrin hazırlanmasında mühüm rol oynayır.
İşğaldan azad edilmiş ərazilərlə yanaşı, Naxçıvanda da geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Naxçıvanda əvvəlki dövrlərdə kifayət qədər geniş araşdırılmamış ərazilərin olması yeni tədqiqatlar üçün perspektiv yarada bilər. Gələcək kəşfiyyat nəticələri yeni mineral ehtiyatların müəyyənləşdirilməsinə imkan verə bilər.
Geoloji kəşfiyyata yatırılan vəsait uzunmüddətli xarakter daşıyır. Bu işlərin nəticəsi dərhal yeni istehsal müəssisəsi yaratmasa da, gələcək sənaye siyasəti üçün mühüm məlumat bazası formalaşdırır. Buna görə kəşfiyyat işləri Azərbaycanın mineral resurslarının gələcək nəsillər üçün də sistemli şəkildə öyrənilməsinin əsas vasitələrindən biridir.
Sevinc Bayramova,
YAP Nizami rayon təşkilatının “C.Naxçıvanski küçəsi, 160” ərazi partiya təşkilatının sədri



