
Almaniya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni institusional mexanizmlər yaradılır. Səfər çərçivəsində imzalanmış sənədlər əsasında Azərbaycan-Almaniya Biznes Şurasının fəaliyyətə başlaması qərara alınmışdır.
Hazırda 200-dən çox Almaniya şirkətinin ölkəmizdə fəal və uğurla işlədiyini nəzərə alsaq, bu Şuranın yaradılması qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə böyük təkan verəcəkdir. Dövlət başçısı əminliyini ifadə edib ki, bu səfərdən sonra alman şirkətlərinin sayı daha da artacaq.
Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyət göstərməsi üçün konkret təkliflər və fəaliyyət planları nəzərdən keçirilir. İmzalanmış Bəyannamələr işgüzar dairələr arasında əlaqələri yeni bir mərhələyə qaldıracaqdır.
Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı



