DünyaGündəm

Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib

Kriptovalyuta bazarında lider olan “Bitcoin”in qiyməti tarixi maksimumu yeniləyərək 118 min ABŞ dollarını ötüb.

Carixeber.az xəbər verir ki, bu barədə məlumat “Binance” platformasının göstəricilərində öz əksini tapıb.

Bakı vaxtı ilə saat 09:44-də “Bitcoin”in qiyməti 118,09 min dollar səviyyəsinə yüksəlib ki, bu da 6,43 faiz artım deməkdir. Hazırda dünyanın ən populyar kriptovalyutasının dəyəri 117,8 dollardır.

Qeyd edək ki, “Bitcoin” blokçeyn texnologiyası əsasında fəaliyyət göstərən, mərkəzləşdirilməmiş kriptovalyuta sistemidir. İstənilən istifadəçi bu kriptovalyutanı “mədənçilik” yolu ilə qazana bilər.

Konsepsiya ilk dəfə 2008-ci ilin noyabrında “Satoşi Nakamoto” təxəllüsü ilə tanınan şəxs və ya qrup tərəfindən təqdim edilib. Son illər onun populyarlığı əhəmiyyətli dərəcədə artıb. “Bitcoin”in emissiyası məhduddur və hazırda onun böyük hissəsi “mədənçilik” yolu ilə əldə olunub.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button