GündəmMədəniyyət

”Bilgimedia” layihəsi uğurla həyata keçirildi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bilgimedia” layihəsi uğurla başa çatdırılıb.

CariXəbər xəbər verir ki, layihə çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərini əks etdirən 10 fərqli mövzuda video materiallar və postlar hazırlanaraq sosial şəbəkələrdə geniş auditoriyaya təqdim olunub. Hazırlanan materiallar arasında Zəfər Tağı, Qobustan Qayaları, Möminə Xatun türbəsi, Atəşgah, Çıraqqala, Əlincə qalası, Kəlağayı, Şahbulaq qalası, Yuxarı Gövhərağa Məscidi və Azərbaycan xalçaları kimi mövzular yer alıb. Hər mövzu üzrə həm uzun video, həm qısa fragman, həm də məlumatlandırıcı sosial media postu hazırlanaraq izləyicilərə təqdim edilib.

Layihənin əsas məqsədi Azərbaycanın həqiqətlərini sosial mediada düzgün və təsirli şəkildə çatdırmaq, təhrif olunmuş məlumatların qarşısını almaq və gənclər arasında milli dəyərlərin təbliğini gücləndirməkdir. “Bilgimedia” layihəsi gənc nəsli məlumatlandırmaqla yanaşı, onların sosial media vasitəsilə milli dəyərlərə daha yaxın olmasına, həmçinin beynəlxalq auditoriyada Azərbaycanın həqiqətlərinin düzgün tanıdılmasına xidmət edib.

Oxşar Xəbərlər

Back to top button