AnalitikaGündəm

Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur. Ölkəmizin dünyadakı müsbət mövqeyinin formalaşmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezident İlham Əliyevin uzaqgörən və mütərəqqi fəaliyyətləri nəticəsində ölkəmiz mədəniyyətlərarası, dinlərarası dialoq mərkəzinə çevrilib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədr seçilməsi və dünya miqyasında siyasi nüfuzunun artması Azərbaycan diplomatiyasının uğurudur. Dövlətimizin uğurlu daxili və xarici siyasəti Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminə inteqrasiyasını təmin edir. Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır.

Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edən dövlət başçısı Cənab Prezident İlham Əliyev Sammitdəki çıxışında diqqəti bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinə, yeri və roluna yönəldərək bildirdi ki, ölkəmiz beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır.

Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən olan Qoşulmama Hərəkatı, eyni zamanda, üzv dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişafını təsdiqləyən xeyli sayda faktlar salamaq olar. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra da ən böyük beynəlxalq təsisatdır. Cənab Prezident İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınması da özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. Dünyanın diqqətini Azərbaycana yönəldən COP29 da bunun bariz nümunəsidir.

Nizami Şahvələdov,
YAP Şuşa rayon təşkilatının fəalı           

Oxşar Xəbərlər

Back to top button