AnalitikaGündəmSiyasət

Azərbaycanın Yaşıl Dönəminə Doğru Bir Addım

COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq iqlim siyasətindəki rolunu əhəmiyyətli dərəcədə artırdı. Bu tədbir yalnız ekoloji məsələ deyil, həm də diplomatik, iqtisadi və strateji baxımdan ilin ən mühüm hadisəsi kimi tarixə düşdü. Qlobal diqqətin Azərbaycana yönəlməsi ölkənin yeni çağırışlara nə qədər hazırlıqlı olduğunu göstərdi.

Forum zamanı iqlim dəyişikliyi ilə bağlı müxtəlif istiqamətlərdə müzakirələr aparıldı. Enerji keçidi, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf məqsədləri tədbirin əsas mövzuları idi. Azərbaycan tərəfi, xüsusilə bərpa olunan enerji layihələrini və iqlim maliyyələşməsi təşəbbüslərini diqqətə çatdırdı.

Bakı COP29 çərçivəsində çoxsaylı dövlət və hökumət başçılarını, eyni zamanda QHT və özəl sektor nümayəndələrini qəbul etdi. Bu, ölkənin beynəlxalq nüfuzuna müsbət təsir göstərdi və yeni əməkdaşlıqlar üçün zəmin yaratdı. Həmçinin, tədbirin təşkilati baxımdan yüksək səviyyədə keçirilməsi Azərbaycana etibarın artdığını sübut etdi.

COP29-un Azərbaycanda keçirilməsi təkcə ekoloji deyil, həm də strateji uğur idi. Bu platforma ölkəyə həm dayanıqlı inkişafı təşviq etmək, həm də regional liderlik mövqeyini möhkəmləndirmək imkanı verdi. Bütün bunlar tədbirin ilin ən vacib hadisəsi kimi dəyərləndirilməsini tam əsaslandırır

Fatimə Axundzadə
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button