AnalitikaGündəmSiyasət

Azərbaycanın Çinlə son illərdə qarşılıqlı əməkdaşlığı inkişaf etməkdədir

Azərbaycan bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etməyi üstün tutur və bu baxımdan həm Çinlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb, həm Avropa İttifaqının 10 üzv ölkəsi ilə, həm qardaş Türkiyə ilə, həm Rusiya ilə bu cür əlaqələr qurubdur. Bu onu göstərir ki, hansı ölkənin hansı düşərgəyə aid olmasından asılı olmayaraq əgər Azərbaycanla ortaq maraqları varsa və Azərbaycanın milli maraqları nəzərə alınırsa və bütün münasibətlər qarşılıqlı hörmət əsasında qurulursa, Azərbaycan bu əməkdaşlığa hazırdır və götürdüyü öhdəlikləri yerinə yetirməyi bacarır.

Bu gün Çin dünyada iqtisadi baxımdan kifayət qədər inkişaf edibdir, Amerika ilə rəqabət aparacaq gücdədir. Ona görə də Azərbaycanın Çinlə əməkdaşlığı həm də orta dəhlizin inkişafı baxımından diqqəti cəlb edir və orta dəhliz Azərbaycanın yatırdığı böyük bir investisiya, qurduğu infrastruktur bugün bir kəmər, bir yol lahiyəsini uğurla inkişafına köməklik edir. Nəzərə alsaq ki, bugün bütövlükdə Rusiya-Ukrayna müharibəsindən sonra şimal dəhlizinin ötürücülük qabiliyyəti azalıbdır və buna görə də əsas orta dəhlizə güc düşür. Bu baxımdan da Azərbaycan bugün həm Cənubi Qafqaz, həm Xəzər hövzəsi, həm Orta Asiya, həm də bütövlükdə Avropa və dünya üçün açar ölkədir.

Azərbaycan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsini mühüm bir hadisə adlandırmış və qeyd etmişdir ki, 200 ölkəni bir araya gətirən iqlim konfransının yüksək səviyyədə keçirilməsi Azərbaycanın iqtisadi qüdrətindən, xalqın vətənpərvərliyindən, həm də ölkədə təşkilatçılıq işlərinin yüksək səviyyədə təşkilindən irəli gəlir. Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə ticarət əlaqələri qurur və bu əlaqələrin genişləndirilməsi dsiqqət mərkəzindədir. Biz uzun illərdir ki, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq fikrindəyik. Ancaq bu təşkilatın üzvü deyilik. Danışıqların aktiv mərhələsindəyik. Digər təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşıq. Bu iki böyük təşkilatla əlaqələrin qurulmasını ölkəmizin rəhbəri müsbət hal kimi dəyərləndirir. Bildirib ki, bu təşkilatlara üzv olmasaq da, bu təşkilatların üzvləri ilə sıx əməkdaşlıq edirik.

Bu gün doğrudan da Çinlə Azərbaycanın strateji tərəfdaşlığına böyük ehtiyac var və hər iki ölkə baxmayaraq ki iqtisadi baxımdan fərqli çapdadılar. Amma bütövlükdə maraqlar üst-üstə düşür. Əminəm ki, Azərbaycanın çox vektorlu siyasəti Azərbaycanın milli maraqlarına xidmət edir.

Vüqar Musayev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button