AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın Bölgədə Sülhə Verdiyi Praktiki Töhfələr

Cənubi Qafqazda sülh sazişinin paraflanmasından sonra Azərbaycan tərəfi regional inkişaf və əməkdaşlıq üçün real addımlar atır. Hazırda Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfə verməkdədir.

Dünyada neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlərin mövcud olduğu indiki dövrdə Azərbaycanın bu humanist və praqmatik addımı xüsusi əhəmiyyət daşıyır. Həmçinin, tranzit əlaqələri də bərpa olunaraq geniş vüsət alıb.

Bu günə qədər artıq 40 min tondan çox tranzit yük Azərbaycan ərazisindən keçərək Ermənistana çatdırılmışdır. Bütün bu amillər sülhün və regional inteqrasiyanın real nəticələr verdiyini sübut edir.

Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button