
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Bakıya rəsmi səfəri çərçivəsində mətbuata bəyanat verib. Dövlət başçısı Azərbaycan və Somali arasında dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayıb və bu səfərin ikitərəfli əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev imzalanmış sənədlərin strateji tərəfdaşlığın əsasını qoyduğunu və gələcəkdə daha geniş sahələri əhatə edəcəyini bildirib.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan və Somali arasında iqtisadi, ticarət və sosial sahələrdə əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə dövlət xidmətlərinin inkişafı, təhsil və humanitar sahələrdə əməkdaşlığın əhəmiyyətindən danışıb. Azərbaycanın Afrika qitəsində tərəfdaşlığın genişləndirilməsinə önəm verdiyini qeyd edən dövlət başçısı, bu istiqamətdə atılan addımların qarşılıqlı faydalı olacağını bildirib.
Dövlət başçısı, həmçinin, Azərbaycanın müstəqillik illərində qazandığı təcrübəni paylaşmağa və Somalinin inkişafına dəstək verməyə hazır olduğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanla Somalinin beynəlxalq platformalarda bir-birini dəstəkləməsinin əhəmiyyətini vurğulayaraq, bu əməkdaşlığın təkcə hökumətlərarası deyil, xalqlar arasında da əlaqələri möhkəmləndirəcəyini qeyd edib.
Rzazadə Xəyal,
YAP Xəzər rayon təşkilatının gənc fəalı