AnalitikaGündəmSiyasət

Azərbaycan və Somali arasında təhsil sahəsində strateji əməkdaşlıq genişlənir

Azərbaycan və Somali arasında əməkdaşlığın vacib istiqamətlərindən biri də təhsil sahəsidir. Hər iki ölkə arasında akademik əlaqələrin gücləndirilməsi və tələbələrin təhsil imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Son illərdə Azərbaycan ali təhsil müəssisələri beynəlxalq əməkdaşlığı genişləndirərək müxtəlif ölkələrdən, o cümlədən Afrikadan olan tələbələr üçün imkanlar yaradır. Somali ilə bu sahədə əməkdaşlıq iki ölkə arasında mədəni və elmi əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər.

Azərbaycanın müxtəlif universitetlərində bir çox xarici tələbə təhsil alır və onlara yüksək səviyyəli akademik biliklərlə yanaşı, müxtəlif sahələrdə praktiki bacarıqlar qazandırılır. Somali tələbələrinin də bu imkanlardan yararlanması onların gələcəkdə öz ölkələrində dövlət idarəçiliyi, hüquq, iqtisadiyyat və digər sahələrdə ixtisaslı kadr kimi fəaliyyət göstərməsinə kömək edə bilər.

Bundan əlavə, iki ölkə arasında tələbə mübadilə proqramlarının yaradılması, birgə elmi araşdırmaların aparılması və akademik heyət arasında əməkdaşlığın gücləndirilməsi də gələcək perspektivlərdə mühüm yer tutur. Təhsil sahəsində qurulan bu əməkdaşlıq Azərbaycan və Somali arasında daha dərin əlaqələrin formalaşmasına və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.

Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının gənc fəalı    

Oxşar Xəbərlər

Back to top button