
Ölkəmiz coğrafi baxımdan Asiya və Avropa arasında yerləşsə də, uzun illərdir ki, Afrika ölkələri ilə həm siyasi-iqtisadi sahədə, həm də humanitar yardımlar, inkişaf proqramları və beynəlxalq məsələlərdə əməkdaşlıq edir. Azərbaycan Afrikada müxtəlif sosial və iqtisadi çağırışlara dəstək göstərməklə qitənin inkişafına töhfə verir. Azərbaycan-Somali əlaqələri təkcə dövlətlərarası diplomatik münasibətlərlə məhdudlaşmır, həm də bir çox sahələrdə strateji əməkdaşlıq perspektivlərini ortaya qoyur. Kənd təsərrüfatı, balıqçılıq, neft-qaz sənayesi, “yaşıl enerji”, humanitar yardım və təhsil sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılır və müvafiq texnologiyaların tətbiqi ilə bağlı uzunmüddətli planlar hazırlanır.Azərbaycan və Somali əməkdaşlığı diplomatik dialoq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Hər iki tərəf bir-birinin daxili işlərinə hörmətlə yanaşaraq, regional və qlobal məsələlərdə birgə mövqe sərgiləyir. İki ölkə arasında münasibətlər ticari-iqtisadi əlaqələrə, həm də siyasi dəstəyə əsaslanır. İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvü olaraq Somali Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini dəstəkləyib. Bu, iki ölkə arasında dərin dostluq və etibarın əsasını qoyur.Türkiyə ilə Somali arasında inkişaf edən əlaqələr ölkəmizə də müsbət təsir göstərir. Somali-Türkiyə əlaqələrinin inkişafı Azərbaycanın Afrikada daha da möhkəmlənən mövqeyinə təkan verir. Həmçinin Türkiyənin Afrika ölkələri ilə sıx əməkdaşlıq qurması Azərbaycanın strateji əhəmiyyətini artırır. Beləliklə, Somali-Türkiyə münasibətlərinin güclənməsi Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan faydalıdır. Azərbaycanın Afrika ilə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanır. Azərbaycanın Somaliyə göstərdiyi humanitar yardımlar və təşəbbüslər gələcək əməkdaşlığa yönələn addımdır. İnsanlıq və bərabərhüquqlu əməkdaşlıq prinsipinə əsaslanan münasibətlər hər iki tərəfin gələcəkdə daha dərin əməkdaşlıq qurmasına imkan verir. Somali və Azərbaycan arasında səmimi münasibətlər yalnız humanitar yardımla məhdudlaşmır, həm də iki ölkə arasında qarşılıqlı hörmət və güclü diplomatik əlaqələrin qurulmasına xidmət edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf arasında sosial sahədə əməkdaşlıq müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov və Somalinin energetika naziri Abdullahi Bidham Varsame enerji sahəsindəki əlaqələrin inkişafına dair razılığa gəliblər. Həmçinin iki ölkənin xarici işlər və müdafiə nazirləri arasında qarşılıqlı dəstək və əməkdaşlıq mübadiləsi baş tutub. İmzalanan sənədlər və həyata keçirilən mübadilə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirir. Somali Azərbaycanın inkişaf təcrübəsindən faydalanaraq iqtisadiyyatını gücləndirə bilər. Eyni zamanda bu əməkdaşlıq regional təhlükəsizliyin təmin olunması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan öz müsbət təcrübəsini Afrika ölkələri ilə bölüşərək qitənin inkişafına dəstək verir. Ölkəmizin uğurlu iqtisadi modeli, təcrübə mübadiləsi və humanitar yardımları Afrika ölkələrinin daha güclü və müstəqil gələcəyə doğru irəliləməsini təmin edə bilər. Somali və digər Afrika ölkələri ilə əməkdaşlıq ölkəmizin qlobal mövqeyini möhkəmləndirir və qitə ilə gələcək əlaqələrin dərinləşməsinə zəmin yaradır.
Ramin Əliyev,
YAP-ın fəlı