AnalitikaGündəmSiyasət

Azərbaycan və Somali arasında imzalanan sənədlər ikitərəfli münasibətləri möhkəmləndirəcək

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, rəsmi səfərlə Bakıda olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə keçirdiyi görüşdən sonra mətbuata bəyanatla çıxış edib. Prezident İlham Əliyev bəyanatında Azərbaycan və Somalinin dostluq və əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. O, iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib.

Dövlət başçısı görüş çərçivəsində imzalanan sənədlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib. Xüsusilə dövlət xidmətlərinin təkmilləşdirilməsi, təhsil, ticarət və enerji sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev, Azərbaycanın Somali ilə strateji tərəfdaşlıq qurmaq niyyətində olduğunu ifadə edib. O, Azərbaycanın beynəlxalq arenada Afrika ölkələri ilə əlaqələrə xüsusi önəm verdiyini və bu istiqamətdə əməkdaşlığın genişləndiyini qeyd edib.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanın qlobal humanitar missiyalarına sadiq olduğunu və Somalinin inkişafına dəstək verməyə hazır olduğunu bəyan edib. O, ölkəmizin müstəqillik illərində qazandığı təcrübəni dost ölkələrlə bölüşməyə açıq olduğunu bildirib. Görüşün iki ölkə arasında gələcək əməkdaşlıq üçün mühüm zəmin yaratdığını vurğulayan dövlət başçısı, bu əlaqələrin davamlı və səmərəli olacağına inandığını ifadə edib.

Məmmədova Ləman,
YAP Xəzər rayon təşkilatının gənc fəalı    

Oxşar Xəbərlər

Back to top button