
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında olan münasibətlərin dərinləşməsi, əlaqələrin genişlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər imzalandı. Bu sənədlər iqtisadi əməkdaşlığın, energetika və nəqliyyat sahələrində tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək.Səfər zamanı keçirilən görüşdə dövlət başçısı Azərbaycan Serbiya münasibətlərinə toxundu. Bildirdi ki, bu münasibətlər qarşılıqlı anlaşma və dostluq münasibətləri fonunda daha da inkişaf edir.
Dövlət başçısı onu da bildirib ki, Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir: “Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq. Eyni zamanda, Prezident Vuçiçin beynəlxalq təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi. Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəAzərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olması iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu investisiyalar yalnız kommersiya xarakteri daşımır, eyni zamanda uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Elektrik stansiyalarının tikintisi və reabilitasiyası, enerji infrastrukturlarının yenilənməsi və nəqliyyat imkanlarının genişləndirilməsi hər iki ölkənin dayanıqlı inkişaf modelinə töhfə verir. Xüsusilə enerji istehsal gücünün artırılması təbii resursları məhdud olan ölkələr üçün iqtisadi müstəqilliyin əsas təminatçılarından biridir. Bu baxımdan Serbiya–Azərbaycan əməkdaşlığı regional enerji xəritəsində yeni geoiqtisadi balans formalaşdırır.
Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini prinsipial şəkildə dəstəkləyir. Bu amillər iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin göstəricisidir. Müasir beynəlxalq münasibətlər sistemində milli maraqların qorunması və beynəlxalq hüququn prinsiplərinə sadiqlik strateji tərəfdaşlığın əsasını təşkil edir. İmzalanan sənədlər və əldə olunan razılaşmalar münasibətlərin hüquqi bazasını daha da gücləndirəcək və əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyir. Həmin sənədlər enerji, iqtisadiyyat və digər sahələr üzrə əlaqələrin sistemli şəkildə genişlənməsinə zəmin yaradır.
Səfər çərçivəsində səsləndirilən “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” ifadəsi münasibətlərin emosional və humanitar ölçüsünü də ortaya qoyur. Bu, dövlətlərarası əlaqələrin yalnız siyasi və iqtisadi maraqlara deyil, eyni zamanda qarşılıqlı simpatiya və hörmətə əsaslandığını göstərir. Liderlər arasında qarşılıqlı səfərlərin davam etdirilməsi barədə razılıq siyasi dialoqun davamlı və intensiv xarakter alacağını göstərir. Bu isə gələcəkdə yeni layihələrin, investisiya təşəbbüslərinin və çoxtərəfli əməkdaşlıq modellərinin formalaşmasına şərait yaradacaqdır.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



