
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü olub.
İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdə ilk dəfə onu tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub.
Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri açılıb. Eyni zamanda Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib. Məhz Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə, bu ölkə ilə diplomatik münasibətlər qurmayıb.
Azərbaycan və Pakistan arasında əlaqələr, sadəcə dövlət səviyyəsində deyil, həm də xalqlar arasında dostluq və qardaşlıq münasibətləri ilə zəngindir. Bu iki ölkə, ortaq dini və mədəni köklərdən güc alaraq, bir-birini dəstəkləyir və qarşılıqlı faydalı əlaqələr qurur. Pakistan, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü daim dəstəkləyərək, bu qardaşlıq əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.
Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələr də ildən-ilə artmaqdadır. Ticarət, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə layihələr həyata keçirilir. Azərbaycan, Xəzər regionunda mühüm enerji resurslarına malikdir və Pakistan bu sahədə Azərbaycanla əməkdaşlıq etmək istəyir. Həmçinin, iki ölkə arasında beynəlxalq nəqliyyat dəhlizləri və logistika sahəsində əlaqələrin inkişafı da qarşılıqlı maraqlar əsasında güclənir.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı