
İkinci Qarabağ müharibəsi dövrü sübut etmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təkcə siyasi fəaliyyəti, diplomatik təmasları və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi atdığı addımlar deyil, həm də istənilən KİV təmsilçisinə verdiyi müsahibə də beynəlxalq aləmdə özünəməxsus əks-səda yaradır. Əgər həmin müsahibə dünyanın ən qüdrətli ölkələrindən birini təmsil edən mətbuat vasitəsinə verilibsə, onda əks-sədanın dalğaları daha da çoxalır və uzunmüddətli olur. Azərbaycan Prezidentinin Davosda keçirdiyi bütün görüşlər kimi, verdiyi müsahibələr də qarşı tərəfin təşəbbüsü ilə baş tutmuşdu. Yəni Azərbaycan lideri heç zaman hansısa jurnalistə müsahibə vermək istəyində olmayıb. Bu məqsədlə müraciət edənləri isə heç zaman cavabsız qoymur. Bu faktı ona görə xatırladırıq ki, az qala dünyanın bütün problemlərindən söhbət gedən həmin müsahibənin təşəbbüskarı da, layihə rəhbəri də, müəllifi də Çin tərəfi idi. Cənab Prezidentin öz müsahibəsində lider məsələsinə toxunarkən səsləndirdiyi fikirlər idi. Çünki bugünkü dünya mərhum şair Oqtay Rzanın bir şeirində dediyi kimi “yaman yiyəsizdir”. Daha doğrusu, anamız Yer kürəsinin bu qədər münaqişə, müharibə və digər problemlərlə əlbəyaxa olmasının əsas səbəbi ədalətli lider kasadlığıdır. Biz bunu dünya mədəniyyətinə və siyasətinə danılmaz və möhtəşəm töhfələr vermiş fransız xalqının lidersizlik ucbatından yaşadığı məşəqqətlərdə də görürük, Rusiya tərəfindən Cənubi Qafqaza gətirilərək dövlət bəxş edilmiş ermənilərin sabahının qaranlıq dalana dirənməsində də. Dövlət başçımız Çin televiziyasına verdiyi müsahibədə bu məsələyə xüsusi önəm verdiyini dilə gətirdi: “Ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”. Dövlət başçımız bu məsələ ilə bağlı olan sualı cavablandırarkən dedi ki, Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir: “Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq”. Prezident əmin olduğunu söylədi ki, gözləntilər çox böyükdür: “Çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Bizim indicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər”. Çinli mətbuat təmsilçisi Cənubi Qafqazın şəksiz və şəriksiz liderindən təkcə Pekin – Bakı münasibətləri barədə deyil, ABŞ – Çin münasibətlərinin sabahı barədə də nə isə eşitmək istədi və eşitdi: “Sədr Sini daha yaxşı tanıyıram, çünki onunla dəfələrlə görüşmüşəm. Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması, sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ona görə də biz həmin telefon danışığı barədə xəbər aldıqda bundan məmnun olduq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək”.
Ramin Əliyev,
YAP-ın fəalı