AnalitikaGündəmSiyasət

Azərbaycan və Çin arasındakı strateji tərəfdaşlıq qlobal iqtisadiyyatın inkişafına töhfə verəcək

Prezident İlham Əliyev, 2025-ci ilin yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda Çinin CGTN telekanalına müsahibə verib. Müsahibə zamanı Prezident Əliyev, Azərbaycanın beynəlxalq əlaqələri, regiondakı siyasi və iqtisadi vəziyyət və ölkənin inkişaf perspektivləri ilə bağlı mühüm məsələlərə toxunub. Cənab İlham Əliyev, öncə, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinə diqqət çəkib. O, ölkənin bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə, həmçinin regional təhlükəsizlik və stabilliyin təmin olunmasına böyük önəm verdiyini bildirib. Prezident, Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafından məmnun olduğunu vurğulayıb və bu əlaqələrin iqtisadi sahədəki sıx əməkdaşlıqla daha da möhkəmləndiyini qeyd edib. Müsahibə zamanı, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub tranzit dəhlizlərindəki strateji əhəmiyyəti də müzakirə olunub. Prezident İlham Əliyev, Azərbaycanın bu mövqeyinin dünya ticarətinin inkişafında mühüm rol oynadığını bildirərək, həmçinin Çinlə olan ticarət münasibətlərinin artan əhəmiyyətinə toxunub. O, ölkəsinin bu əlaqələrin inkişafı ilə bağlı həm Çinə, həm də digər tərəfdaşlara müsbət töhfə verdiyini qeyd edib. Eyni zamanda, Prezident Əliyev Azərbaycanın iqtisadi islahatlar sahəsindəki uğurlarına da toxunub. O, ölkə daxilində aparılan genişmiqyaslı islahatların iqtisadiyyatın rəqabət qabiliyyətini artırdığını və Azərbaycanın regionda lider ölkə statusunu qorumağa davam etdiyini söyləyib. Bundan əlavə, müsahibə zamanı, Prezident ölkəsinin enerji sahəsindəki mövqeyini də vurğulayıb. Azərbaycanın enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrinə investisiya sahəsində əldə etdiyi uğurlar barədə məlumat verərək, enerji sektorunun regional və beynəlxalq bazarlarda Azərbaycanın mühüm oyunçu olmasını təmin etdiyini bildirib. Çinlə Azərbaycan arasındakı mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etməsi üçün perspektivlərə də toxunan Cənab İlham Əliyev, bu münasibətlərin yalnız iqtisadi deyil, həm də mədəni və humanitar sahələrdə də genişlənməsini vacib sayır. O, həmçinin, Azərbaycanın Çinin “Bir Kəmər, Bir Yolu” layihəsində iştirakının əhəmiyyətini vurğulayıb. Müsahibənin sonunda, Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin davamlı inkişaf edəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız iki ölkənin deyil, həm də dünya iqtisadiyyatının inkişafına töhfə verəcək.

Məmmədova Nərmin,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button