AnalitikaGündəmSiyasət

Azərbaycan–Türkmənistan münasibətləri: Avaza Zirvəsi strateji əməkdaşlığın yeni mərhələsi

Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistanın Avaza şəhərinə işgüzar səfəri iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Görüş zamanı liderlər iqtisadi, mədəni və sosial sahələrdə birgə layihələrin həyata keçirilməsi barədə ətraflı müzakirələr apardılar. Avaza Zirvəsində regional sülh və sabitliyin gücləndirilməsi, həmçinin təhlükəsizliyin möhkəmləndirilməsi prioritet məsələlərdən biri oldu. İki ölkə arasında qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və humanitar əməkdaşlıq mövzusunda konkret addımların atılması razılaşdırıldı. Zirvə görüşü ikitərəfli münasibətləri daha da möhkəmləndirməklə yanaşı, çoxtərəfli əməkdaşlıq üçün yeni perspektivlər açdı. Avaza görüşündə imzalanan sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması xüsusi əhəmiyyət kəsb edir. Bu qardaşlaşma layihəsi şəhərlər və xalqlar arasında dostluğun bariz nümunəsi olaraq qiymətləndirilir. Səfər eyni zamanda regional əməkdaşlıq və strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş tarixi hadisə kimi yadda qaldı.

Ülviyyə Abdullayeva
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button