AnalitikaGündəmSiyasət

Azərbaycan-Somali sıx dostluq münasibətlərində yeni səhifə…

“Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Heç şübhəsiz ki, bu səfər Azərbaycan-Somali arasındakı sıx dostluq münasibətlərində yeni səhifə açacaq”.

Bunu “Carixeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibeyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Somali İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü kimi Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir: “Somali iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür. Bu mənada Bakıda imzalanmış sənədlər ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirəcək. Bundan başqa Azərbaycan Somali iqtisadiyyatının bir sıra sahələrinə sərmayə qoymağı da araşdırır. Bunların arasında kənd təsərrüfatı, infrastruktur, liman qurğuları və başqa sektorlar ola bilər. Həmçinin müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığın mühüm sahələrindən biri olması mümkündür”.

Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsi Afrika dövlətləri, o cümlədən Somali üçün faydalı ola bilər. Şübhəsiz ki, Azərbaycanın Somali kimi Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.

Oxşar Xəbərlər

Back to top button