AnalitikaGündəmSiyasət

Azərbaycan-İran dövlətlərarası münasibətləri möhkəm təməl üzərində inkişaf edir

“Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi var. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır və əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir. Bu gün də dövlətlərarası münasibətlər möhkəm təməl üzərində inkişaf edir. Elə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının təzahürüdür”.

Bunu “Carixeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bu gün Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəkləyir: “Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir. Eyni zamanda, Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur”.

“Azərbaycan Respublikası İran İslam Respublikası ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir. Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb.

Oxşar Xəbərlər

Back to top button