Qubadlı rayonunun tamamilə işğaldan azad edilməsi Azərbaycan tarixində unudulmaz səhifə kimi qalacaq. Uzun illər həsrət içində qalan bu diyar 2020-ci ilin oktyabrında ordumuzun şücaəti sayəsində yenidən Vətənə qovuşdu. Hər qarış torpaq uğrunda aparılan döyüşlər xalqın iradəsini, milli birliyi və ordunun qüdrətini bir daha nümayiş etdirdi.
Azadlıq xəbəri yayıldığı an Qubadlının adı bütün ölkə boyu sevinclə çəkildi. Hər kəs bilirdi ki, bu qələbə təkcə bir rayonun azadlığı deyil, həm də bütöv Azərbaycanın haqq işinin təsdiqidir. Qubadlıda ucalan bayraq şəhidlərin qanı ilə sulanmış torpaqda yenidən qürurla dalğalandı.
İşğal illərində dağıdılmış kəndlər, yandırılmış evlər, viran qalmış torpaqlar indi yenidən canlanır. Dövlətin diqqəti və xalqın sevgisi ilə Qubadlıda yeni həyat başlayır. Bərpa olunan yollar, məktəblər, evlər bu torpağın dirçəlişinin səsini hər yana yayır.
Bu qurtuluş, həm keçmişin ağrılarını sağaldan, həm də gələcəyin ümidini bəsləyən hadisədir. Qubadlının azadlığı, Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm mərhələdir və bu tarix nəsillər boyu qürurla xatırlanacaq.
Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı
|