AnalitikaGündəmSiyasət

Azad Qubadlının Sabahı və Xalqımızın Əminliyi

İşğaldan azad olunmuş Qubadlı rayonunun sabahı olduqca işıqlı və ümidvericidir. Görülən nəhəng bərpa işləri, həyata keçirilən layihələr və xalqımızın qayıdış əzmi bu torpaqlarda əbədi sülhün və firavanlığın bərqərar olacağından xəbər verir. Qubadlı artıq inkişaf yoluna qədəm qoyub.

Hər bir qubadlılı öz doğma torpağında dinc, təhlükəsiz və xoşbəxt həyat sürəcək günü səbirsizliklə gözləyir. Dövlətimizin dəstəyi ilə bu arzu artıq reallığa çevrilməkdədir. Qubadlı çayları, meşələri və dağları yenidən əsl sahiblərinə qucaq açır.

Bu gün azad Qubadlıda dalğalanan üçrəngli bayraq bizim əbədi qürur mənbəyimizdir. Xalqımız əmindir ki, Azərbaycanın hər bir qarış torpağı kimi Qubadlı da daha da gözəlləşəcək və abadlaşacaqdır. Zəfərimiz əbədi, qayıdışımız daimi olsun!

Qubadlının azad olunması bir daha göstərdi ki, haqq ədalət hər zaman zəfər çalır. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək hər cür çətinliyin öhdəsindən gəlməyə qadirdir. Qubadlı artıq azaddır və əbədi azad qalacaqdır!

Elnarə Məmtiyeva,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 37” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button