
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində və iqtisadi inkişafında müstəsna əhəmiyyətə malik strateji dövlət kimi qəbul olunur. Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşaya səfəri və səsləndirdiyi fikirlər bu reallığın növbəti beynəlxalq təsdiqidir.
Görüş zamanı enerji əməkdaşlığı, tranzit yollarının inkişafı və iqtisadi inteqrasiya məsələləri əsas müzakirə mövzularından oldu. Azərbaycanın zəngin resursları və etibarlı tərəfdaş imici Slovakiya rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. “Biz konkret işlərin tərəfdarıyıq” deyən Prezident İlham Əliyev bu tərəfdaşlığın davamlı və nəticəyönümlü olduğunu vurğuladı.
Şuşada qəbul edilən qərarlar bir daha nümayiş etdirir ki, Azərbaycan-Slovakiya dostluğu təkcə iki xalq üçün deyil, bütövlükdə Avropa ilə Şərq arasında körpü yaradılması baxımından da müstəsna əhəmiyyət kəsb edir.
Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı



