İdman

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb

Azərbaycanın iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən  xəbər verir ki, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) təsəlliverici görüşlərdə müvafiq olaraq, fransalı Roman Pikard və moldovalı Radu İzvoreanunu məğlub ediblər. Daha əvvəl Şəfəq Həmidova (48 kiloqram) və Balabəy Ağayev (60 kiloqram) yarımfinala yüksəliblər. Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kiloqram) isə turnirlə vidalaşıblar.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.

Oxşar Xəbərlər

Back to top button