AnalitikaDünyaGündəmSiyasət

Almaniyanın Cənubi Qafqazdakı Sülh Prosesinə Dəstəyi

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı Cənubi Qafqazdakı sülh prosesi geniş müzakirə olunmuşdur. Dövlət başçısı Almaniyanın bu prosesə verdiyi dəyərli töhfəyə görə təşəkkürünü xüsusi olaraq ifadə etmişdir.

Danışıqlar prosesinin irəliləməsi üçün Almaniyada xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsi sülhün əldə olunmasında mühüm platforma rolunu oynamışdır. Almaniya hökumətinin bu konstruktiv rolu Azərbaycan tərəfindən çox yüksək qiymətləndirilir.

Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniya sülh və əmin-amanlığın təminatında öz təsirini artırır. Gələcək əməkdaşlıq və bölgənin sabitliyi üçün Almaniyanın bu xoşməramlı səyləri böyük önəm daşıyır.

Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button