DünyaGündəm

ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə – Çağırdı

ABŞ Rusiyanı Ukraynada dərhal atəşi dayandırmağa və üçtərəfli danışıqlara keçməyə çağırıb.

Carixeber.az məlumat verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “X” sosial şəbəkə hesabında yazıb.

“ABŞ və Ukraynanın sülh danışıqları aparması ilə bağlı Rusiyanın iddiaları əsassızdır. Biz dərhal atəşkəsə və üçtərəfli danışıqlara keçməyə çağırırıq. Rusiya Ukraynadakı mülki obyektləri bombalayarkən vaxtı uzatmağı davam etdirə bilməz”, – deyə Kelloq qeyd edib.

Eyni zamanda, o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun danışıqların vəziyyəti ilə bağlı son şərhlərini “Oruell” adlandırıb.

Qeyd edək ki, “Oruell” sözünün mənası dövlət tərəfindən təbliğat məqsədilə informasiyadan aldadıcı və manipulyasiya məqsədilə istifadə edilməsi deməkdir.

Oxşar Xəbərlər

Back to top button