AnalitikaGündəmSosial

150 İllik Zəfər Yolu: Milli Mətbuatımızın Şanlı Tarixi

Azərbaycan milli mətbuatının 150 illik yubileyi yalnız jurnalistlərin deyil, bütöv xalqın bayramıdır. Bu tarix təkcə bir peşənin deyil, xalqın maariflənmə, azadlıq və milli şüur yolundakı mücadiləsinin simvoludur. 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə başlanan bu şərəfli yol, bu gün güclü, dinamik və qlobal çağırışlara cavab verən müasir media sistemi ilə davam edir.

150 il ərzində Azərbaycan mətbuatı müxtəlif siyasi rejimlər, senzura dövrləri və müstəqillik hərəkatları ilə üzləşib, lakin heç zaman öz sözünü deməkdən çəkinməyib. Həsən bəy Zərdabinin başlatdığı maarifçilik ənənələri “Molla Nəsrəddin”in satirik gücü, sovet dönəmindəki mübarizə ruhu və müstəqillik illərindəki azad fikir mühiti ilə birləşərək mətbuatımızı formalaşdırıb. Hər mərhələ bu günün təməlini qoyub.

Azərbaycan mətbuatının bugünkü vəzifəsi artıq yalnız xəbər vermək deyil — həm də informasiya təhlükəsizliyini qorumaq, milli maraqları müdafiə etmək və cəmiyyətə sağlam fikir bəxş etməkdir. Yubiley münasibətilə keçirilən tədbirlər, forumlar və nəşrlər təkcə keçmişi anmaq üçün deyil, həm də gələcəyə yeni baxış formalaşdırmaq üçündür. Bu yubiley bir hesabat, həm də yeni başlanğıcdır.

Milli mətbuatımızın 150 ili, milli ruhun, ictimai iradənin və jurnalist qələminin birgə tarixidir. Bu yol, yalnız qəzet səhifələrində deyil, xalqın yaddaşında, taleyində və gələcək arzularında da əks olunub.

Günay Şahverdiyeva
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button