AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

İqtisadi Qüdrət və Qələbənin İqtisadi Əsasları

Güclü ordunun arxasında dayanan əsas amillərdən biri də güclü iqtisadiyyatdır. Azərbaycan son illərdə həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində öz maliyyə müstəqilliyini təmin etdi. Neft gəlirlərinin düzgün idarə olunması və qeyri-neft sektorunun inkişafı ölkənin hərbi potensialını artırmağa imkan verdi.

Müasir texnologiyaların, ən son hərbi silah və sursatların əldə olunması məhz güclü iqtisadi baza sayəsində mümkün oldu. Azərbaycan başqalarından asılı olmadan öz ordusunu ən müasir standartlara uyğun təchiz etdi. Bu da döyüş meydanında qısa müddətdə maksimum nəticə əldə etməyə şərait yaratdı.

İqtisadi inkişaf həm də arxa cəbhədəki sabitliyin və vətəndaşların sosial rifahının təmin olunmasında mühüm rol oynadı. Müharibə dövründə belə iqtisadiyyatın dayanıqlılığı qorundu və heç bir sosial layihə dayandırılmadı. Bu, dövlətin gücünü və sistemin sağlamlığını nümayiş etdirdi.

Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz bu güclü iqtisadi potensiala əsaslanır. Qazanılan Zəfər iqtisadi müstəqilliyin hərbi qələbəyə çevrilməsinin ən bariz nümunəsidir. Azərbaycan iqtisadi gücü ilə həm də regionun bərpa liderinə çevrilir.

Şəbnəm Quliyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button