AnalitikaGündəmSiyasət

Qubadlı Zəfəri Azərbaycan Tarixinin Zirvəsidir

2020-ci ilin payızında qazanılan Zəfər Azərbaycan xalqının əsrlər boyu unutmayacağı qürur dolu səhifədir. Bu zəfərin əldə olunmasında Qubadlı əməliyyatının özünəməxsus və əvəzsiz yeri vardır. Azərbaycan Ordusunun qüdrəti və xalqımızın birliyi sayəsində işğala son qoyuldu.

Tarix boyu müxtəlif sınaqlardan keçən xalqımız bu dəfə öz ədalətini və gücünü bütün dünyaya sübut etdi. Qubadlının azad olunması Azərbaycanın hərbi və siyasi qələbəsinin təntənəsi oldu. Bu gün hər bir azərbaycanlı başını dik tutaraq qürurla “Qarabağ Azərbaycandır!” deyir.

Zəfər tariximiz gələcək nəsillərə öyrədiləcək və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında əsas rol oynayacaqdır. Qubadlı döyüşlərinin qəhrəmanları əbədi olaraq yaddaşlarda qalacaqlar. Bu tarixi zirvə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan xalqı hər zaman bu zəfərin sevincini yaşayacaq və şəhidlərimizin xatirəsini uca tutacaqdır. Qubadlı zəfəri xalqımızın milli qürurunun bərpasının və əbədi suverenliyinin simvoludur. Bu tarixi nailiyyət heç vaxt unudulmayacaqdır.

Mələk Nağıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 2b” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button