GündəmSosial

YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının 7-ci mikrorayon Abay Kunanbayev küçəsi 66D, 8-ci mikrorayon İ. Dadaşov küçəsi 79, Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və  Xocəsən qəsəbəsi Yeni yaşayış massivi ünvanlı ərazi partiya təşkilatlarında tədbirlər keçirilmişdir.
Keçirilən tədbirlərdə bildirilib ki, xarici siyasətdə milli maraqlara söykənən müstəqil xətt qorunmalı, qlobal və regional güclərlə, həmçinin beynəlxalq platformalarla strateji tərəfdaşlıq əlaqələri daha da inkişaf etdirilməlidir, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki aparıcı rolunu qorumaq üçün yerli təşkilatların fəaliyyəti gücləndirilməli və partiya sıralarına fəal gənclərin cəlb olunması davam etdirilməlidir.
Həmçinin natiqlər vurğulayıblar ki, Azərbaycanda müasir dövlətçilik baxımından siyasi varislik məsələsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın gələcək inkişafında gənc nəslin rolu da VIII Qurultayın müzakirə kontekstində mühüm yer tutur. YAP-ın gənclərlə işinin əsas istiqamətlərindən biri dövlətçilik tarixinin, müstəqilliyin və Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun gənc nəslə düzgün çatdırılmasıdır. Bu baxımdan veteran nəslin təcrübəsi ilə gənclərin enerjisinin əlaqələndirilməsi siyasi və ictimai baxımdan mühüm məsələdir. Bu məsələdə xüsusilə ideoloji təbliğat daha səmərəli və keyfiyyətli şəkildə aparılmalıdır. Hazırda dünyada müharibələrin artdığı bir vaxtda güc mübarizəsi təkcə hərbi meydanda deyil, həm də ideoloji sahədə aparılır. Dövlət başçısının qeyd etdiyi kimi gənclərimiz, bütün partiya üzvləri ideoloji təbliğatda daim fəal və ayıq-sayıq olmalı, yad ünsürlərin antimilli təbliğatlarının qarşısı qətiyyətlə alınmaldıır. Tədbir qarşılıqlı müzakirələr formasında davam etdirilib.

Oxşar Xəbərlər

Back to top button