
YAP Binəqədi rayon təşkilatının 6-cı mikrorayon 3215-ci məhəllə 1410-cu keçid, Biləcəri qəsəbəsiM.Hüseynzadə küçəsi 17a, Biləcəri qəsəbəsi T.Yaqubov küçəsi 5, Binəqədi qəsəbəsi mədən 2 korpus 93 və Binəqədi rayonu Azadlıq prospekti 181ünvanlı ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub.
Rayon təşkilatının ərazi partiya təşkilatlarında keçirilən müzakirələrdə bildirilib ki,
bu gün Azərbaycanda müasir dövlətçilik baxımından siyasi varislik məsələsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın gələcək inkişafında gənc nəslin rolu da VIII Qurultayın müzakirə kontekstində mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin çıxışında vurğuladığı kimi əvvəlki dövrlərdə əsas strateji məqsədlərdən biri ərazi bütövlüyünün bərpası idisə, yeni mərhələdə qarşıda duran vəzifələr əldə edilmiş nəticələrin möhkəmləndirilməsi, təhlükəsizliyin qorunması, azad edilmiş ərazilərin bərpası və Azərbaycanın uzunmüddətli inkişafının təmin edilməsindən ibarətdir. Eyni zamanda YAP qarşısında dövlətçilik ideyalarının cəmiyyətə çatdırılması, gənclərlə işin gücləndirilməsi, müasir informasiya mühitinə uyğun fəaliyyət formalarının tətbiqi və Azərbaycanın inkişaf gündəminin ictimai müzakirələrdə daha geniş təqdim olunması kimi həlli vacib məsələlər dayanır.




