AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan və Laos arasında strateji əməkdaşlıq imkanları

Laos Prezidentinin Bakıya rəsmi səfəri Azərbaycan ilə Laos arasında münasibətlərin inkişafı üçün yeni imkanlar yaradıb. Dövlət başçılarının görüşü iki ölkənin siyasi dialoqun davam etdirilməsinə və qarşılıqlı əlaqələrin genişləndirilməsinə verdiyi əhəmiyyəti göstərir.

Azərbaycan müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulmasına xüsusi diqqət yetirir. Laosla əlaqələrin inkişafı da bu siyasətin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.

İki ölkə arasında siyasi münasibətlərin möhkəmləndirilməsi iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə şərait yaradır. Bu baxımdan yüksək səviyyəli görüşlər mövcud əlaqələrin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir.

Ticarət, investisiya, kənd təsərrüfatı və təhsil kimi sahələrdə əməkdaşlıq üçün yeni imkanların araşdırılması gələcək tərəfdaşlığın əsas istiqamətlərini təşkil edə bilər. Bu sahələrdə praktiki addımların atılması qarşılıqlı münasibətlərin daha da inkişafına kömək edər.

Azərbaycan-Laos münasibətlərinin gələcək inkişafı hər iki ölkənin ortaq maraqlarına əsaslanan təşəbbüslərdən asılıdır. Davamlı siyasi dialoq və qarşılıqlı etimad bu əməkdaşlığın möhkəm təməlini təşkil edir.

Nahidə Rzayeva,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button