AnalitikaGündəmSiyasətSosial

Vahid məktəbli forması haqqında maarifləndirmə işləri

Məktəbdə nizam-intizamın qorunması tədris prosesinin səmərəli təşkili üçün vacib şərtlərdən biridir. Geyim qaydaları məktəbin daxili nizamının müəyyən hissəsini təşkil edir. Şagirdlərin müəyyən edilmiş formaya uyğun geyinməsi onların məktəb mühitinə uyğunlaşmasına və kollektiv qaydalara əməl etməsinə kömək edə bilər.

Nizam-intizam yalnız geyimlə ölçülmür. Dərslərə vaxtında gəlmək, müəllimlərə və sinif yoldaşlarına hörmət göstərmək, dərs zamanı diqqətli olmaq və məktəb əmlakını qorumaq da mühüm davranış qaydalarıdır. Məktəbli forması bu ümumi tərbiyə prosesinin yalnız bir hissəsidir.

Müəllimlər şagirdlərə qaydalara əməl etməyin əhəmiyyətini izah etməlidirlər. Uşaqlara qarşı hörmətli davranmaq və onların suallarını dinləmək qaydaların daha yaxşı mənimsənilməsinə şərait yaradır. Həddindən artıq sərt və alçaldıcı münasibət isə məktəb mühitində narazılıq yarada bilər.

Buna görə də geyim qaydaları tətbiq edilərkən tərbiyəvi yanaşmaya üstünlük verilməlidir. Məktəbin məqsədi şagirdləri cəzalandırmaq deyil, onlarda məsuliyyətli davranış formalaşdırmaq olmalıdır. Nizam-intizam və qarşılıqlı hörmət birlikdə olduqda məktəbdə təhsilin keyfiyyətini yüksəltmək mümkün olur.

Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button