AnalitikaGündəmSiyasət

YAP VIII Qurultayı: Ulu Öndər Heydər Əliyevin siyasi irsi və müasir dövlətçilik

YAP VIII Qurultayının siyasi məzmununu müəyyən edən əsas amillərdən biri Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik konsepsiyasının müasir dövrdə davam etdirilməsidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycanın müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi, milli iqtisadiyyatın formalaşdırılması və ölkənin beynəlxalq sistemdə layiqli mövqeyinin təmin edilməsi kimi fundamental istiqamətləri özündə birləşdirir. YAP da məhz bu siyasi fəlsəfənin təşkilatlanmış siyasi ifadəsi kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb.

Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin mühüm xüsusiyyətlərindən biri dövlətin gələcəyini yalnız cari problemlərin həlli ilə deyil, uzunmüddətli strategiya ilə əlaqələndirməsi idi. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi siyasi və iqtisadi böhran şəraitində dövlətçiliyin qorunması əsas məsələ idi. Sonrakı mərhələdə isə iqtisadi müstəqilliyin yaradılması, xarici sərmayələrin cəlb edilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi Azərbaycanın inkişaf modelinin təməlini formalaşdırdı.

Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət siyasətində bu strateji yanaşmanın yeni reallıqlara uyğun şəkildə inkişaf etdirilməsi diqqət çəkir. Azərbaycanın iqtisadi gücünün artırılması, ordunun modernləşdirilməsi, diplomatik imkanların genişləndirilməsi və nəhayət, ərazi bütövlüyü ilə suverenliyin tam bərpası uzunmüddətli dövlətçilik strategiyasının nəticələri kimi qiymətləndirilə bilər. YAP VIII Qurultayı məhz bu ardıcıllığın siyasi təşkilat səviyyəsində yenidən təsdiqlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyevin irsinin müasir dövrdə yaşadılması yalnız tarixi xatirələrin qorunması anlamına gəlmir. Əsl məsələ həmin siyasi irsdə olan dövlətçilik, milli birlik, azərbaycançılıq, strateji düşüncə və milli maraqların müdafiəsi kimi prinsiplərin yeni çağırışlara uyğun tətbiqidir. YAP qarşısında duran mühüm vəzifələrdən biri də bu dəyərləri gənc nəslə çatdırmaq və onların müasir siyasi düşüncədə yaşamasını təmin etməkdir.

YAP VIII Qurultayı bu baxımdan keçmişlə gələcək arasında siyasi körpü rolunu oynayır. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik təməli üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinin qurulması Azərbaycanın siyasi tarixində ardıcıllığın mühüm nümunəsidir. Bu ardıcıllıq dövlətin strateji məqsədlərinin dəyişməzliyini, siyasi institutların məsuliyyətini və milli iradənin dövlət siyasətində əsas müəyyənedici amil olaraq qalmasını nümayiş etdirir.

Gülanə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 312” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button