AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Vətən Müharibəsinin Başlanğıcı

27 Sentyabr 2020-ci ildə Azərbaycan tarixində mühüm hadisə baş verdi. Həmin gün Vətən müharibəsi başladı və ölkənin müxtəlif istiqamətlərində hərbi əməliyyatlar aparıldı.

Müharibə zamanı Azərbaycan Ordusunun hərbçiləri Vətənin müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apardılar. Bu mübarizədə çoxsaylı hərbçilər şəhid oldu.

44 gün davam edən müharibə Azərbaycanın müasir tarixində mühüm yer tutur. Həmin dövr Azərbaycan cəmiyyətində birlik və həmrəylik hisslərinin güclənməsi ilə də yadda qaldı.

27 Sentyabrın Anım Günü kimi qeyd edilməsi müharibədə həyatını itirən insanların xatirəsinə ehtiramın göstəricisidir. Bu tarix gələcək nəsillər üçün də mühüm tarixi yaddaş nümunəsidir.

Vüsal Musayev,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button