AnalitikaGündəmSiyasət

Şəhid Ailələrinə Dövlət və Cəmiyyət Dəstəyi

27 sentyabr Anım Günündə diqqət mərkəzində olan en vacib məsələlərdən biri şəhid ailələrinə gösterilən diqqət və qayğıdır. Şəhidlərimiz öz canlarını vətənə əmanət etdikləri kimi, onların ailələri də dövlətimizə və xalqımıza əmanətdir. Bu əmanətə sahip çıxmaq hər birimizin mənəvi borcudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri ilə müntəzəm görüşür, onların qayğıları ilə maraqlanırlar. Şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərlə təmin olunması dövlət siyasətinin prioritet istiqamətidir.

Cəmiyyətimiz də şəhid ailələrinə böyük ehtiramla yanaşır. Qeyri-hökumət təşkilatları, özəl sektor və sıravi vətəndaşlar müxtəlif sosial layihələrlə bu ailələrə dəstək olurlar. Şəhid övladlarının təhsili və gələcəyi hər zaman diqqətdə saxlanılır.

Anım Günü bu sosial həmrəyliyin daha da möhkəmləndiyi gündür. Biz şəhidlərimizin ailələrinin yanında olmaqla onlara olan minnetdarlığımızı ifadə edirik. Şəhidlərimizin ruhu yalnız o zaman şad olar ki, onların ailələri qayğısız və qürurla yaşasınlar.

İlkin Nəcəfov, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button