AnalitikaGündəmSiyasət

Zəfərin Qanla Yazılan Tarixi: Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı

27 sentyabrda başlayan əks-hücum əməliyyatının ilk günlərindən etibarən cəbhədən şad xəbərlər gəlməyə başladı. Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azad edilməsi ordumuzun irəliləyişini dayandırılamaz etdi. Hər bir şəhər və kəndin azad olunması böyük qəhrəmanlıqlar bahasına baş gəldi.

Düşmənin illərlə qurduğu mühəndis-istehkam xətləri, minlanmış ərazilər hərbçilərimizin iradəsi qarşısında aciz qaldı. Əsgərlərimiz ad addım, qarış-qarış torpaqlarımızı təmizləyərək dövlət bayrağımızı azad olunmuş ərazilərdə ucaltdılar. Hər bayraq ucaldıqca xalqın qələbəyə inamı artırdı.

Bu rayonların azad olunması strateji baxımdan Şuşaya və digər ərazilərə yolu açdı. Düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Döyüş meydanında qazanılan bu uğurlar Azərbaycan ordusunun yenilməzliyini sübut etdi.

Anım Günündə bu cənub istiqamətində gedən ağır döyüşlərdə canını fəda etmiş şəhidlərimizi minnetdarlıqla yad edirik. Onların qanı ilə azad olunan bu torpaqlar indi yenidən həyata qayıdır. Şəhidlərimizin xatirəsi bu torpaqlarda əbədi yaşayacaq.

Lətifə Əlizadə,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button