AnalitikaGündəmSiyasət

Qardeşlik Dəstəyi: Türkiyə-Azərbaycan Birliyi

27 sentyabrda başlayan Vətən müharibəsində Azərbaycanın yanında olan, bizə moral və siyasi dəstək verən ilk ölkə qardaş Türkiyə oldu. “Bir millət, iki dövlət” prinsipi bu çətin günlərdə öz real təsdiqini bir daha tapdı. Türkiyənin açıq dəstəyi xarici qüvvələrin müharibəyə müdaxilə etməsinin qarşısını aldı.

Türkiyə Prezidenti və xalqının ilk saatlardan etibarən verdiyi bəyanatlar Azərbaycan xalqına böyük ruh yüksəkliyi bəxş etdi. Türkiyənin istehsalı olan müasir hərbi texnologiyalar döyüş meydanında üstünlüyümüzü təmin edən vacib amillərdən biri oldu. Bu qardaşlıq sınaqdan alnıaçıq çıxdı.

İki ölkənin birliyi yalnız müharibə dövründə deyil, sonrakı bərpa və quruculuq mərhələsində də davam edir. Şuşa Bəyannaməsi ilə bu dostluq və mütəffiqlik rəsmiləşdirildi. Regionda sülhün və təhlükəsizliyin əsas zəmanətçisi məhz bu birlikdir.

Anım Günündə biz qardaş Türkiyə xalqına və rəhbərliyinə dərin minnetdarlığımızı bildiririk. Şəhidlərimizin qanı ilə yoğrulmuş bu qardaşlıq əbədidir. Azərbaycan və Türkiyə hər zaman bir olacaq, birlikdə addımlayacaq

Pərviz Həsənov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button