
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə mühüm bir müşavirə keçirilmişdir.
Müşavirə “2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuşdur. Dövlət başçısı ölkəmizin iqtisadi inkişafının artıq yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu qeyd etmişdir.
Prezident İlham Əliyev çıxışında bildirmişdir: “Azərbaycanın iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Qeyri-neft sektorunun inkişafı, xüsusilə sənayeləşmə siyasəti bizim əsas prioritetlərimizdən biridir və dağ-mədən sektoru bu istiqamətdə mühüm rol oynayır.”
Bu strategiya qeyri-neft sektorunun şaxələndirilməsini hədəfləyən əsas addımlardandır.
Xammal ixrac edən ölkədən hazır məhsul istehsal edən ölkəyə keçid əsas prioritetdir. Proqram metallurgiya sənayesinin potensialını tam reallaşdırmağa xidmət edəcək,yeni dəyər zəncirlərinin yaradılması ölkənin iqtisadi dayanıqlığını artıracaq,yaxın illərdə bu sahədə islahatlar daha da dərinləşəcədir. Bu inkişaf tempü Azərbaycanın qlobal mövqeyini gücləndirəcək.
Azərbaycan sənayesində xammal ixracından hazır məhsula keçid dövrü başlayır.
Çıxışında Prezident İlham Əliyev qarşıya qoyulan əsas hədəfləri açıq şəkildə elan etmişdir. Dövlət başçısı vurğulamışdır: “Biz xammal ixrac edən ölkədən hazır məhsul istehsal edən və ixrac edən ölkəyə çevrilməliyik. Metallurgiya sənayesinin potensialı tam şəkildə reallaşdırılmalı, yeni dəyər zəncirləri yaradılmalıdır.”
Yeni Dövlət Proqramı bu hədəfə çatmaq üçün yol xəritəsidir, metal filizlərinin daxildə emalı ölkə daxilində əlavə dəyər yaradacaq. Bu yanaşma daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac coğrafiyamızı da genişləndirəcək.
Sənaye məhsullarının rəqabət qabiliyyəti mütləq şəkildə artırılmalıdır. İqtisadiyyatımızın şaxələnməsi prosesi sürətlənir. Bunun nəticəsində müasir texnologiyaların tətbiqi istehsalın keyfiyyətini yüksəldəcək və qarşıdakı illər sənayeləşmədə keyfiyyətcə yeni mərhələ olacaq.
Qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadi siyasətinin mərkəzində dayanır. Sentyabrın 22-də keçirilən müşavirə bu sahədə yeni imkanlar açır.Prezident İlham Əliyev qeyd etmişdir: “Qeyri-neft sektorunun inkişafı, xüsusilə sənayeləşmə siyasəti bizim əsas prioritetlərimizdən biridir və dağ-mədən sektoru bu istiqamətdə mühüm rol oynayır.” Dağ-mədən və metallurgiya sənayesi iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilir. Sənaye zonalarının fəaliyyəti bu sahənin inkişafına əlavə təkan verir. Dövlət dəstəyi ilə həyata keçirilən layihələr dayanıqlı inkişafı təmin edir. Yüksək əlavə dəyərli məhsulların istehsalı ölkəyə əlavə gəlir gətirəcək.
İqtisadiyyatımızın neftdən asılılığı ildən-ilə azalır. Yeni sənaye müəssisələrinin yaradılması məşğulluğa müsbət təsir göstərir. Azərbaycan sənaye ölkəsi kimi mövqeyini daha da möhkəmləndirir.
İqtisadi inkişafımızda yeni keyfiyyət mərhələsinin əsası qoyulur. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə strateji qərarlarla yadda qaldı. Dövlət başçısının vurğuladığı kimi, yeni dəyər zəncirləri yaratmalıyıq. Prezident bildirmişdir: “Metallurgiya sənayesinin potensialı tam şəkildə reallaşdırılmalı, yeni dəyər zəncirləri yaradılmalıdır.” Bu zəncirlərin qurulması xammalın daha səmərəli istifadəsini təmin edəcək.
2027-2030-cu illəri əhatə edən Proqram bu istiqamətdə əsas sənəddir. İstehsalat zəncirinin hər bir halqası ölkə iqtisadiyyatına töhfə verəcək.İnvestisiyaların cəlb olunması üçün əlverişli şərait yaradılır. Yerli mütəxəssislərin bu prosesdə rolu getdikcə artacaq.
Gələcək nəsillər üçün güclü və şaxələnmiş iqtisadiyyat qurulur.
Fərmin Quliyev,
Nizami rayon fəalı, Azərbaycan Texniki Universitetin doktorantı



